Hektarın məsuldarlığının artılması məqsədilə hər bir əkilib becərilən bitkiyə səpindən qabaq və sonrakı becərmə dövrlərində yemləmə gübrələri verilməlidir. Mitneral gübrələrin əkin sahələrinə verilməsi normalar üzrə aparılmalıdır. Səpindən qabaq səpilən gübrələr şumun aparılması zamanı şum altında qalır və torpağa qarışır. Gübrə səpənlər müxtəlif markalarda istehsal olunur. Asma gübrə səpənlər traktorun üzərinə aqreqat edilir. Bu konstruksiyalı gübrəsəpənlər bir diskli və iki diskli buraxılır. İki diskli gübrəsəpənlər yüksək məhsuldarlığa malik olur. Gübrəsəpənlərin məhsuldarlığı bir saatda 8-16 ha təşkil edir. İşçi en götürümü 8-24 metrdir. Fermerlər və sahibkarlar maşının səmərəli istifadəsinə yüksək qiymət verirlər.
|